"Sumqayıt"dan Samir Abasova ciddi xəbərdarlıq edilib
Dünən AFFA-nın İntizam Komitəsinin iclası baş tutub.
Sportal,az xəbər verir ki,toplantıda çıxarılan qərara əsasən, "Sumqayıt" Futbol Klubunun əvəzedici komandasının baş məşqçisi Samir Abasov 5 oyunluq cəza alıb və klub 2500 AZN məbləğində cəzalandırılıb.
Hadisə ilə bağlı "Sumqayıt" Futbol Klubunda rəhbərliyin iştirakı ilə daxili iclas keçirilib. Toplantıda Abasova ciddi xəbərdarlıq edilib və növbəti belə halların baş verməməsi tapşırığı verilib.
saytlarin hazirlanmasi