"Mançester Yunayted" Markos Roxonu transfer edib

17:08 - 20 Avqust 2014

Argentinalı futbolçu İngiltərədə

 

"Mançester Yunayted" heyətini gücləndirtməkdə davam edir.

 

Sportal.az xəbər verir ki,  İngiltərə təmsilçisi ötən mövsüm "Sportinq"də oynayan Markos Roxonu heyətinə qatıb. Bu transfer İngiltərə təmsilçisinə 16 milyon funt sterlinqə başa gəlib.

 

Qeyd edək ki, M.Roxo Argentina millisinin DÇ-2014 üçün heyətinə yer alıb. O, bu turnirdə altı matçda meydanda olub.

Xəbər xətti