Portuqaliyalı futbolçunun transfer qiyməti açıqlandı

19:12 - 21 Avqust 2014

"Benfika" yarımmüdafiəçi Nikolas Qaytan üçün transfer qiymətini açıqlayıb
 
Futbolçunu almaq istəyən klub 45 milyon avrodan keçməlidir.
 
Sportal.az xəbər verir ki, Portuqaliya çempionu transfer pəncərəsi bağlanana qədər Qaytanla müqavilənin müddətini uzatmaq niyyətindədir. 
 
Xatırladaq ki, futbolçu ilə "Manchester United" ciddi şəkildə maraqlanır.
 
"Monaco" da Qaytanın transferi üçün çalışan klublardan biridir. Amma onun məvacibi çox yüksək olduğundan razılaşma əldə edilə bilmir.

Xəbər xətti