Nildo "bankirlər"ə transfer olunur?
Dünən mətbuatda "İnter"in "Xəzər Lənkəran"dan uzaqlaşdırılan Junior Nildonu heyətinə qatacağı barədə məlumat yayılmışdı.
Bu məsələyə cənub klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
"Nildo "Xəzər Lənkəran"ın əsas komandasından uzaqlaşdırılıb və futbolçunun hazırda bizimlə müqaviləsi var. Futbolçunu transfer etmək istəyən klub ilk olaraq bizə müraciət etməlidir, amma biz bu haqda heç bir rəsmi təklif almamışıq".
saytlarin hazirlanmasi