Sportal.az xəbər verir ki, dünən saat 18:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından futbolçular isinmə hərəkətlərini icra edib. Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi İbrahim Uzunca oyunçularına əsasən topla oynamaq tapşırığı da verib.
Qeyd edək ki, "Bakı" - "Qəbələ" matçı bu gün saat 18:00-da başlayacaq.