AZAL-ın futbolçusu milli komandaya dəvət aldı

12:44 - 23 Avqust 2014

Namaşko yenindən Moldova yığmasında
 
Moldova milli komandasının heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, baş məşqçi İon Karas sentyabrın 8-də Çernoqoriya ilə keçirəcəkləri seçmə mərhələ matçı üçün ilkin heyətə 37 futbolçunun adını daxil edib.

Onların arasında AZAL-ın qapıçısı Stanislav Namaşko da var. O, yığmaya dəvət almış 5 qapıçıdan biridi.

Namaşko ilə yanaşı, AZAL-ın sabiq üzvü Artur Patraş (Milsami) və "Xəzər Lənkəran"ın keçmiş oyunçusu Denis Kalinkov (Veris) da milliyə dəvət alıb.

Xəbər xətti