Samaris Portuqaliya klubunda

13:20 - 23 Avqust 2014

Futbolçu "Olimpiakos"u tərk etdi

 

2014 günya çempionatında Yunanıstan millisində fəallığı ilə seçilən futbolçulardan biri də Andreas Samaris idi.

 

Sportal.az xəbər verir ki, Fil Dişi yığması ilə oyunda fərqlənən futbolçu millisinin qrupdan çıxmasında böyük rol oynadı. Mundialdan sonra bəzi klubların maraq dairəsinə düşən yarımmüdafiəçi nəhayət ki, seçimini edib. “Olimpiakos”da çıxış edən Samaris karyerasını Portuqaliya klubunda davam etdirəcək. “Benfika” klubuna 10 milyon avroya başa gələn yunan futbolçu prineylilərlə beş illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Samaris “Benfika”nın heyətində avqustun 31-də keçiriləcək “Sportinq”lə matçda debüt edə bilər.      

Xəbər xətti