"Xəzər Lənkəran" "İnter"lə razılığa gəldi

14:13 - 23 Avqust 2014

Nildo yenə Azərbaycanda qalacaq
 
"Xəzər Lənkəran"ın futbolçusu Junior Nildonun əsas komandadan uzaqlaşdırıldığı xəbərini vermişdik.
 
Sportal.az-a daxil olan məlumata görə, artıq Nildonun yeni komandası da məlum olub. Belə ki, uzun müddətdir hücumçu ilə maraqlanan Bakı "İnter"i "Xəzər Lənkəran"a rəsmi təklif göndərib və tərəflər maliyyə məsələlərində də razılığa gəlib. Yaxin iki gün ərzində bu transferin rəsmiləşəcəyi gözlənilir.

Xəbər xətti