“Donbass-Arena”ya xeyli ziyan dəyib
Ukraynada davam edən hərbi əməliyyatlar futbol arenalarına da ziyan vurub.
Sportal.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 4:00 da Ukraynanın ən böyük stadionlarından biri sayılan “Donbass-Arena”ya bomba düşüb. Donetsk “Şaxtyor”u ev oyunlarını vaxtı ilə bu arenada keçirsə də, indi hərbi əməliyyatlar səbəbindən rəqiblərini Lvov da qəbul edir.
“Şaxtyor” klubunun baş direktoru Sergey Palkin arenaya partlayıcı maddə düşdüyünü təsdiqləyib. Klub rəsmisinin sözlərinə görə, partlayıcı maddə stadiona və onun ətrafına xeyli zərər vurub. Belə ki, bombalardan biri “Donbass-Arena”nın yaxınlığında yerləşən böyük elektrik mərkəzini sıradan çıxarıb.
saytlarin hazirlanmasi