Torres İtaliya yolunda
"Milan" klubu Mario Balotellini əvəz edəcək hücumçunu tapıb.
Sportal.az xəbər verirki, İtaliya təmsilçisi "Çelsi"nin futbolçusu Fernando Torresi transfer etmək niyyətindədir.
“Milan” hücumçunu icarəyə götürməyi planlaşdırır. Forvard əsas heyətdə yer tapa bilmədiyindən "Çelsi"dən ayrılmaq istəyir.
Qeyd edək ki, Torres ötən mövsüm "Çelsi"nin heyətində 41 oyunda 11 dəfə fərqlənib.
saytlarin hazirlanmasi