Alman futbolçu "Arsenal"ı tərk edir

16:31 - 23 Avqust 2014

Lukaş Podolski "Volfsburq"un gündəmində

 

"Arsenal" klubunun futbolçu Lukaş Podolski yenidən karyerasını Almaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu ilə "Volfsburq" klubu yaxından maraqlanır.

 

"Volfsburq" klubu  futbolçu ilə danışıqlara start verib. İngiltərə təmsilçisinin əsas heyətindən kənarda qalan Podolskinin Londonu tərk edəcəyi ehtimal olunur. 29 yaşlı hücumçu ilə Türkiyənin "Qalatasaray" klubu da maraqlanır. 

 

Qeyd edək ki, Almaniya yığmasının üzvü 2012-ci ildə "Köln"dən "Arsenal"a transfer olunub.

Xəbər xətti