"Bakı" İspaniya klubu təbrik etdi
"Bakı”nın prezidenti Hafiz Məmmədov himayədarlıq etdiyi "Atletiko"nu İspaniya Superkubokunun qalibi olması münasibəti ilə Azərbaycan klubu adından təbrik edib.
Sportal.az xəbər verir ki, təbrikdə "Bakı"nın "Atletiko” ilə əməkdaşlıqdan qürur hissi keçirdiyi vurğulanıb.
Eyni zamanda bu işbirliyinin uzunmüddətli olması arzulanıb.
"Atletiko" İspaniya Superkubokunda ilk matçında səfərdə "Real"la bərabərə (1:1) qalıb. Cavab qarşılaşmasında isə 1:0 hesabı ilə qalib gələn Dieqo Simoenin komandası kubokun sahibi olub.
saytlarin hazirlanmasi