"Xəzər Lənkəran" üçün şad xəbər: Sabah qayıdır

00:29 - 26 Avqust 2014

Sadio həsrəti başa çatır
 
Sadio Tounkara "Xəzər Lənkəran"a qayıtmağa qərar verib.
 
Sportal.az xəbər verir ki, o, ayın 27-də Lənkəran təmsilçisinə qoşulacaq.

Yarımmüdafiəçi üçün bilet də alınıb. Ona klubdan cəza veriləcəyi də gözlənilir. Uzun zamandır məşqlərdən uzaq qalan malili oyunçunun tez bir vaxtda Premyer Liqada komandasına kömək edəcəyi inandırıcı görünmür.

Sadio 2012-ci ildən "Xəzər Lənkəran"da top qovur.

Xəbər xətti