Bakı klubundan növbəti transfer

11:05 - 26 Avqust 2014

Freddi rəsmən AZAL-da
 
AZAL heyətinə daha bir futbolçu cəlb edib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi hücumçu problemini həll etmək məqsədilə Freddi Mombonqo-Duesi transfer edib. Konqo Demokratik Respublikasının vətəndaşı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dues son olaraq  “Antverpen”də çıxış edib. O, 37 oyunda 13 qol vurmağı bacarıb.

Xatırladaq ki, Dues AZAL-ın yay transfer pəncərəsində aldığı 11-ci futbolçu olub. Bundan əvvəl klub Asif Mirili, Stanislav Namaşko, Luis Ramos, Tomi Kostadinov, Con Enrike Kordoba və Eduardo da Konseysao Masiel ilə 2 illik müqavilə bağlanıb, Novruz Məmmədov və Orxan Lalayevi “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə “Qarabağ”dan icarəyə götürüb.

Xəbər xətti