Azərbaycan - Bolqarıstan matçına bilet satışı davam edir FOTO

15:29 - 26 Avqust 2014

Biletlər 3 fərqli ünvanda
 
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan oyununa bilet satışı davam edir.
 
Sportal.az xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında, 28 Mall Ticarət Mərkəzində və Nizami küçəsi 123 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.


Qarşılaşmanın biletlərinin qiyməti 2, 4 və 20 AZN-dir.
 

Xəbər xətti