Sadiqov və Əmirquliyev Mənsimova söz verdilər: "Toparlanacağıq"

18:28 - 26 Avqust 2014

XL-də klub rəhbərliyi komanda ilə görüşüb
 
Dünən xəbər verdiyimiz kimi, artıq "Xəzər Lənkəran"da gözlənilən iclas baş tutub.
 
Klubun mətbuat xidmətini rəhbəri Hüseyn Cəbrayıloğlunun Sportal.az-a açıqlamasından bildirib ki, klub prezidenti bu gün komandayla birgə iclas keçirib. Komandanın yeni mövsümdəki 3 oyunda cəmi bir xal toplaması və digər problemlər müzakirə olunub. İclasda futbolçular Mənsimova hər hansı bir problemlərinin olmadıqlarını bildiriblər.
 
Komandanın aparıcı üzvləri Rəşad Sadiqov və Rahid Əmirquliyev bütün futbolçular adından M.Mənsimova növbəti matçlarda dönüş edəcəklərinə dair söz veriblər.

Xəbər xətti