"Biz gələcəkdə də komandanın uğuru üçün əlimizdən gələni edəcəyik"
"Xəzər Lənkəran"ın uğursuz çıxışıyla bağlı klubun prezidenti Mais Mənsimov dünənn futbolçularla görüşüb.
Sportal.az xəbər verir ki, Mais bəy futbolçularla görüşündə onlara narazılığını kəskin şəkildə bildirib. Mənsimov futbolçulara bildirib ki, qarşıdakı oyunlarda onlar mütləq dönüş yaratmalıdlar: “Bizim sizdən istəyimiz odur ki, “Xəzər Lənkəran”ın adına layiq çıxış edin. Cari mövsümün əvvəlində komanda heyətini xeyli gücləndirdi. Amma 3 turdan sonra cəmi 1 xal toplamısız ki, bu, çox bərbad nəticədir. Biz gələcəkdə də komandanın uğuru üçün əlimizdən gələni edəcəyik. Yetər ki, siz üzərinizə düşəni edin”.
saytlarin hazirlanmasi