Komanda bu gün gəzintiyə çıxır
Yeni mövsümün ilk 3-turunda iki məğlubiyyət və bir heç-heçə ilə yadda qalan “Xəzər Lənkəran” qarşıdakı turda dönüşə nail olmağa çalışacaq.
Dünən klub rəhbərliyinin və aparıcı futbolçuların iştirakı ilə klubdaxili toplantının keçirildiyi barədə məlumat vermişdik.
Sportal.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, klub daxilində ab-havanın yüksəlməsi, klub-komanda gərginliyinin aradan qaldırılması və komanda daxilində münasibətlərin daha da möhkəmlənməsi məqsədi ilə futbolçular bu gün Talış dağlarında gəzintiyə çıxacaqlar. Çox güman bu gəzintidə klub rəhbərliyi də tam heyətlə iştirak edəcək. Hətta axşam yeməyinin klub prezidentinin başçılığı ilə təbiət qoynunda keçiriləcəyi də gözlənilir.
saytlarin hazirlanmasi