Müdafiəçi və qapıçı ağır xəsarət alıb
Rusiya ikinci liqasında 19-cu tur çərçivəsində keçirilən “Jemçujina” (Yalta)-“Vityaz” (Krımsk) qarşılaşmasında xoşagəlməz hadisə baş verib.
Sportal.az xəbər verir ki, qonaqların qapıçısı Maksim Matyuşa komanda yoldaşı Ruslan Qafarovla toqquşub. Bu toqquşmada qapıçının ayağı sınıb, müdafiəçinin isə beyni silkələnib. 40-cı dəqiqədə oyun dayanaraq “Vityaz”ın hər iki futbolçusu Yaltanın mərkəzi xəstəxanalarından birinə aparılıb.
saytlarin hazirlanmasi