"Xəzər Lənkəran" əvvəlcə məşq etdi, sonra gəzintiyə çıxdı

12:09 - 28 Avqust 2014

Komanda "İnter"lə oyunun hazırlığını davam etdirir
 
Premyer Liqanın IV turu çərçivəsində, sabah, avqust ayının 29-də “İnter” klubu ilə “Fırtınalar meydanı”nda qarşılşacaq “Xəzər Lənkəran” avqustun 27-də məşq də edib gəzintiyə də çıxıb.

Sportal.az xəbər verir ki, komanda dünən saat 18:00-da əsas meydançada məşqə çıxıb. Tezliklə hazırlıq prossesini bitirən komanda saat 19:30-da tam heyətlə istirahətə, təbiət qoynuna yollanıb. Hətta klub prezidenti Mais Mənsimov da komanda ilə birgə avtobusda olub. Beləliklə də “Xəzər Lənkəran” Talış dağlarına tərəf istiqamət alaraq “Bəşəru” istirahət mərkəzində məskən salıb.  Yüksək əhval ruhiyyədə davam edən yeyib içməkli gəzinti  nəhayət saat 22:30-da bitib və komanda öz bazasına qayıdıb.

12cioyuncu.info

 

Xəbər xətti