Sportal.az xəbər verir ki, Avropa Liqasının bu axşam keçiriləcək oyunları ərəfəsində açıqlanan reytinqə əvvəlkitək Çempionlar Liqasının son qalibi Madrid “Real”ı başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü pillədədir.
Avroliqanın pley-off mərhələsində mübarizə aparan “Neftçi” və “Qarabağ” ötən həftə tutduqları mövqelərini əldə verərək geriləyiblər. Bakı təmsilçisi hazırda 193 (-2), Ağdam klubu isə 221-ci (-1) pilləni tutur.
454 komandanın yer aldığı siyahıdakı digər beş təmsilçimizdən üçü də mövqelərini itiriblər. Hazırda “İnter” 267 (-1), “Xəzər Lənkəran” 301 (-1), “Bakı” isə 346-cü (-1) pillədə qərarlaşıb. Reyntinqdə “qonşu” olan “Qəbələ” (373-cü yer) və AZAL-ın (374-cü yer) mövqelərində isə dəyişiklik olmayıb.
Ölkələrin siyahısında isə Azərbaycan əvvəlkitək 30-cu yeri tutur.