Van Basten “Alkmaar”ı tərk etdi
“AZ Alkmaar” klubunun baş məşqçisi Marko van Bastenin səhhəti pisləşib.
Sportal.az xəbər verir ki, ürəyində ağrılar hiss edən hollandiyalı baş məşqçi müvəqqəti vəzifəsini tərk edib. 49 yaşlı məşqçinin ürəyində ağrılar atasının ölümündən sonra başlayıb. Marko van Bastenin əsəblərini qorumasına ehtiyac olduğunu görən həkimlər, onun bu müddətdə müalicə almasını məsləhət biliblər.
Baş məşqçinin yoxluğunda “Alkmaar”da bütün səlahiyyətlər köməkçi məşqçilər Dennis Haar və Aleks Pastoraya həvalə olunub.
saytlarin hazirlanmasi