İngiltərə təmsilçisində hollandiyalı futbolçu
"Mançester Yunayted" klubu heyətini gücləndirməkdə davam edir.
Sportal.az xəbər verir ki, klub "Ayaks"da çıxış edən Deyli Blindi heyətinə qatıb. İngiltərə təmsilçisi bu transferə görə14 milyon funt-sterlinq ödəyəcək.
Qeyd edək ki, Hollandiya millisinin şərəfini qoruyan D.Blind "DÇ-2014"də iştirak edib. O, turnirdə keçirdiyi 7 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi