Klubun əsas binasında yanğın baş verib
Ukraynada davam edən hərbi əməliyyatlar nəticəsində “Şaxtyor” klubunun bazası sıradan çıxıb.
Sportal.az xəbər verir ki, 29-dan 30-a keçən gecə dağıdıcı bombalardan dördü klubun əsas təlim bazasına düşüb. Partlayış nəticəsində binada yanğın baş verib və demək olar bina tam sıradan çıxıb. “Şaxtyor” klubunun baş direktoru Sergey Palkin də bu xəbəri təstiqləyib:
“Bəli, gecə saatlarında atılan 4 dağıdıcı bomba bazanı sıradan çıxardıb. Hərbi əməliyyatlar nəticəsində təlim məşq bazasına xeyli ziyan dəyib. Yanğının qarşısı alınsada demək olar ki, binadan əsər-əlamət qalmayıb”.
saytlarin hazirlanmasi