Sportal.az xəbər verir ki, “Bankirlər”lə matçın ardından Bakıya yollanan futbolçularımız üç gün istirahət edəcəklər. İstirahət müddəti bitdikdən sonra yenidən bir araya gələcək komanda məşqlərini paytaxtda keçirəcək .
Qeyd edək ki, Azərbaycanın milli komandasının oyunları ilə əlaqədar Premyer Liqada ikihəftəlik fasilə yaranmışdır. Fasilə bitdikdən sonra “Xəzər Lənkəran” Premyer Liqanın V turu çərçivsəində sentyabr ayının 13-də sayca 34-cü “Böyük oyun”da əzəli rəqibi olan “Neftçi” ilə səfərdə üz-üzə gələcək.