"Baku United" UEFA-nın əsas qrup mərhələsində

15:17 - 31 Avqust 2014

Son matçda 6:3 hesablı qələbə
 
Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsisçisi olduğu, İngiltərə çempionu "Baku United" klubu UEFA Futzal Kubokunun ilkin mərhələsi çərçivəsində "B" qrupunda sonuncu oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, "Baku United" Bosniya çempionu "Sarayevo"ya səfərdə 6:3 hesabı ilə qalib gələrək UEFA kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, "Baku United" son tura qədər qrupda keçirdiyi hər iki oyununda Qibraltarın "Qibraltar Skorpionz" və İsveçin "Malmö Siti" klublarına eyni nəticə ilə - 10:0 hesabı ilə qalib gəlib. "Sarayevo" klubu da ilk iki oyundan 6 xal toplamış və beləliklə "B" qrupunun qalibi son turda müəyyənləşəcəkdi. Son turda səfərdə oynamasına baxmayaraq”, “Baku United” qələbə qazanmağı bacarıb.

Bu qələbə sayəsəsində "Baku United" ötən mövsüm olduğu kimi, bu dəfə də UEFA kubokunun əsas qrup mərhələsində oynamaq hüququ əldə edib. Bu qrupda İngiltərəni təmsil edən komandanın rəqibləri Serbiya çempionu "KMF Ekonomak",  İtaliya çempionu "Luparense" və Yunanıstan çempionu "Afina 90" klubları olacaqlar. Qrup oyunları sentyabrın 30-da başlayacaq.

Xəbər xətti