Komanda 4 cavabsız qolla uduzdu
Almaniyanın cənub-qərbi regional liqasında 7-ci turun görüşləri baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Rüfət Dadaşovun komandası "Tsvaybryükken" də növbəti oyununu keçirib.
Komanda doğma meydanda "Kayzerslautern"in ikinci komandası ilə üz-üzə gəlib. Oyun qonaqların inamlı qələbəsi ilə başa çatıb - 4:0. Rüfət Dadaşov bu görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, "Tsvaybryükken" hazırda 5 xalla 16-cı yerdədir.
saytlarin hazirlanmasi