Qurban Qurbanov: "Bəzi futbolçuların ürəyində nə olduğunu bilmirəm"

23:00 - 31 Avqust 2014

"Qarabağ" növbəti oyununu keçirib
 
Klub doğma meydanda paytaxtın eyni adlı klubu "Bakı"nı qəbul edib.
 
Sportal.az xəbər verir ki, 2-2 hesabı ilə başa çatan oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov buları deyib:
 
“Oyun barədə çox danışmaq istəmirəm. Düşündüyüm nəticə qeydə alınmadı. Xalsız qalmaqdansa, bir xal daha yaxşıdır. “Bakı”nı təbrik edirəm. Onlar qalib gəlsəydilər, daha ürəkdən təbrik edəcəkdim. Bu vəziyyətdə mübarizə aparan komandaya təbrik düşür. Bu gün 3 qol vursaydıq, bəlkə də 4 qol buraxacaqdıq. Bu gün belə bir gün idi. Bəzi futbolçuların ürəyində nə olduğunu bilmirəm. Futbolçuların üzərinə çox getmək istəmirəm. Yol yorğunluğunu nəzərə almaq lazımdır. Buna baxmayaraq, futbolçulara öz narazılığımı bildirdim. Çünki, biz vacib iki xal itirdik. Milliyə görə bir yerdə ola bilməyəcəyik. Bu da müəyyən problemlər yaradacaq. Futboldur, qarşıdakı oyunlara baxmalıyıq, çempionata köklənməliyik. Nəticəyə görə yox, bəzi oyunçuların xarakterinə görə narahatam”. 

Xəbər xətti