"Mançester Yunayted"in hücumçusu "Real"da

13:15 - 1 Sentyabr 2014

Xavyer Hernandes İspaniya çempionatında
 
"Real" heyətini gücləndirməkdə davam edir.
 
Sportal.az xəbər verir ki,  "Mançester Yunayted"in hücumçusu Xavyer Hernandes 2014/2015 mövsümündə Madrid klubunda çıxış edəcək.
 
İspaniya təmsilçisi mövsümün sonunda 22 milyon avro ödəyərək meksikalı hücumçunu almaq hüququna malikdir.
 
Qeyd edək ki, X.Hernandes 2010-cü ildən "Mançester Yunayted"in şərəfini qoruyur.

Xəbər xətti