"Qarabağ"ın rəqibi qapıçısını Türkiyəyə göndərdi

01:54 - 2 Sentyabr 2014

Belek rəsmən "Konyaspor"da
 
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter" qapıçısını icarəyə verib.
 
Sportal.az xəbər verir ki, Milan klubunun sloveniyalı qolkiperi Vid Belek Türkiyədə çıxış edəcək.

24 yaşlı qapıçı "Konyaspor"a keçib. "İnter" onu türk klubuna 1 illik icarəyə veriö. Belek dünən yeni klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Belek 2007-ci ildə "Maribor"dan "İnter"ə transfer olunub. O, 2010-cu ildə Milan komandasının A komandasına yüksəlsə də, cəmi 3 oyunda meydana çıxıb. Belə ki, qolkiper 2012/13 mövsümündə Avropa Liqasında komandanın formasını geyinib. Qolkiper 2010-2012-ci illərdə "Krotone", 2013/14 mövsümündə Portuqaliyanın "Olhanense" klublarına icarəyə verilib.

Xəbər xətti