"Qarabağ" və "Xəzər Lənkəran" cərimələndi

13:40 - 2 Sentyabr 2014

"Sumqayıt"ın futbolçusuna 1 oyunluq cəza
 
AFFA İntizam komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az qəbul edilmiş qərarları sizlərə təqdim edir:
 
31 avqust 2014-cü il, 2014/2015 mövsümündə, Premyer Liqanın IV turunun “Qarabağ” – “Bakı” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur

30 avqust 2014-cü il, 2014/2015 mövsümündə, Premyer Liqanın IV turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 90+3-cü dəqiqəsində AZAL klubunun 6 №-li futbolçusu Eduardo Manuel idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

30 avqust 2014-cü il, 2014/2015 mövsümündə,  Premyer Liqanın IV turunun “Sumqayıt” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur

Oyunun 52-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

29 avqust 2014-cü il, 2014/2015 mövsümündə, Premyer Liqanın IV turunun “Xəzər Lənkəran” – “İnter” matçında “Xəzər Lənkəran”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

29 avqust 2014-cü il, 2014/2015 mövsümündə,, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin III turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

29 avqust 2014-cü il, 2014/2015 mövsümündə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Sumqayıt” – “Araz Naxçıvan” matçında “Sumqayıt” klubunun 5 , “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur.

Oyunun 63-cü dəqiqəsində “Sumqayıt” klubunun 50 №-li futbolçusu Xaqan Məmmədli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır klub 1000 manat cərimə olunur.

Xəbər xətti