"Azərbaycanı yaxşı təhlil etmişik"

15:01 - 2 Sentyabr 2014

Penev: "Bu, həm mənə, həm də hər bir milli üzvünə böyük bir hədiyyə olar"
 
"Məqsədimiz Avropa çempionatının final mərhələsinə yüksəlməkdi", - bu sözləri Bolqarıstan yığmasının məşqçisi Lüboslav Penev bildirib.
 
Sportal.az xəbər verir ki, bolqar mütəxəssis qitə birinciliyinin seçmə mərhələsi startı öncəsi yerli mətbuat üçün konfrans keçirib.

Əsas heyət oyunçularının "zədə epidemiyası"na tuş gəlməsindən gileylənən Penev daha sonra bunları dilə gətirib: "Biz dünya şöhrətli yığma komandaya sahib deyilik. İstənilən rəqib komandamızla oynaya bilər. Ancaq hər zaman qarşımıza yüksək vəzifələr qoymuşuq. Əvvəllər pley-offa çıxmaq barədə düşünürdüksə, indi əvvəlki seçmə mərhələlərdə əldən verdiklərimizin əvəzini çıxmaq əzmindəyik".

Azərbaycanla oyun doğum gününə təsadüf edəcək çalışdırıcı bütün hallarda yığmanın hər bir üzvünün Bakıdan 3 xalla ayrılmaq arzusunda olduğunu bildirib: "Təki qalib gələk. Bu, həm mənə, həm də hər bir milli üzvünə böyük bir hədiyyə olar. Əlbəttə, hər kəs tsiklə 3 xalla başlamaq istəyər. Onların oyunlarını yaxşı təhlil etmişik. Qarşıda Rusiyayla matçları var. Həmin görüşü də izləyib, nəticələr çıxaracağıq. Xorvatiya, Norveç komandaları haqda da lazımı informasiyanı toplayırıq".

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan görüşü sentyabrın 9-da baş tutacaq.

Xəbər xətti