Hiddink üç ulduz futbolçunu milliyə çağırmadı

15:30 - 2 Sentyabr 2014

Hollandiya millisində itkilər var 
 
Hollandiya millisinin yeni baş məşqçisi Quus Hiddink komandanın heyətini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Aryen Robben, Rafael Van der Vaart və Klas-Yan Huntelar kimi ulduzlar milliyə dəvət olunmayıb. Robben və Van der Vart zədə səbəbindən siyahıda yer almayıblar. Huntelar isə xəstələndiyindən milli komandaya çağrılmayıb.
 
Qeyd edək ki, Hollandiya yığması sentyabr ayının 4-də İtaliya millisi ilə yoldaşlıq görüşü keçirəcək. Sentyabrın 9-da isə komanda AÇ-2016-ın təsnifat mərhələsində Çexiya ilə qarşılacaq.
 
Bu görüşlər Hiddinkin yeni postunda ilk sınaqları olacaq.

Xəbər xətti