Mənsimov izlədi, "Xəzər Lənkəran" məşqə çıxdı

00:06 - 3 Sentyabr 2014

Tounkara hazırlıq prosesində iştirak edib
 
Premyer Liqanın V turu çərçivəsində, sentyabr ayının 13-də səfərdə əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” istirahətini yekunlaşdıraraq hazırlıqlarına paytaxtda start verib.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisi sentyabrın 2-də saat 18:30-da Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb. Uzun müddət komandadan uzaq olan, hətta yay təlim-məşq toplantısına da qatılmayan afrikalı futbolçu Sadio Tounkara da hazırlıq prossesində iştirak edib. Əvəzedici heyətdən 6-gənc futbolçunun da qatıldığı məşqi klub prezidenti Mais Mənsimov da izləyib. (12cioyuncu.info)

Xəbər xətti