Komanda.az fəaliyyətə başladı

17:27 - 3 Sentyabr 2014

İdman mətbuatında yeni sayt
 
Azərbaycanda daha bir idman saytı faəliyyətə başlayıb.

Sportal.az xəbər verir ki, komanda.az saytı oxucularla görüşə gəlib. Saytda əsasən, Azərbaycan futbolu və idmanında baş verən hadisələr işıqlandırılacaq.

Qeyd edək ki, komanda.az saytını özəyini bu yaxınlarda fəaliyyətini dayandıran populyar “Komanda” qəzetinin redaktor və müxbir heyəti təşkil edir.

Xəbər xətti