AZAL-ın qapıçısı oynadı, komandası uduzdu

11:43 - 4 Sentyabr 2014

Namaşkoya 8 dəqiqə şans verildi
 
AZAL-ın qapıçısı Stanislav Namaşkonun çıxış etdiyi Moldova yığması yoldaşlıq oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi İon Karas yetirmələrini Ukrayna ilə oyunda sınayıb.

Kiyevdə baş tutan matç ukraynalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 63-cü dəqiqədə Roman Bezus imza atıb.

İon Karas start heyətində ikinci qapıçı qapıçı İli Çebanuya şans verib və Stanislav Namaşko 82-ci dəqiqədə onu əvəzləyib.

 

Xəbər xətti