"Biz komanda şəklində də çox gözəl oyun sərgilədik"
“Barselona"nın keçmiş baş məşqçisi Xerardo Martino Anhel Di Mariya haqqında xoş sözlər deyib.
Sportal.az xəbər verir ki, Almaniya ilə qarşılaşmada 3 asist və 1 qolla komandasının qələbəsində böyük pay sahibi olan Di Mariyaya baş məşqçisindən böyük dəstək gəlib. Martino bildirib ki, o, dünyanın ən güclü futbolçularından biridi:
"Anhel bugün dünyanın ən güclü futbolçularından biri olduğunu sübut etdi. Mənim fikrimcə, o, ən yaxşı 5 futbolçudan biridi. Biz komanda şəklində də çox gözəl oyun sərgilədik".
saytlarin hazirlanmasi