“Şaxtyor”un ofisin dağıdıblar
Ukraynanın “Şaxtyor” klubunun ofisi silahlı basqına uğrayıb.
Sportal.az xəbər verir ki, silahlı şəxslər binaya hücum edib. Ukrayna təmsilçisinin rəsmi saytı bu barədə açıqlama yayıb:
"Şaxtyor" klubunun Artyom 86a küçəsindəki ofisi silahlı basqına məruz qalıb və bir neçə nəfər tərəfindən tutulub."
Qeyd edək ki, "Şaxtyor" klubunun “Donbask Arena” stadionuna avqustun 23-də bomba düşmüşdü.
saytlarin hazirlanmasi