"Azərbaycanla matçda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

00:25 - 5 Sentyabr 2014

"Azərbaycan millisi ciddi rəqibdir"
 
AÇ-2016-nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində Bakıda millimizin qonağı olacaq Bolqarıstan yığmasının yarımmüdafiəçisi Simeon Slavçev qarşıdakı görüşlə bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan təcrübəli futbolçu Azərbaycan millisinin ciddi rəqib olduğunu deyib:

"Komandada əhval-ruhiyyə yaxşıdır. Ancaq mənim komandaya uyğunlaşmağım üçün bir qədər zamana ehtiyacım var. Azərbaycan millisi ciddi rəqibdir. Baş məşqçimizin təlimatlarını dinləməli və onu yerinə yetirməliyik. Bu, uğura aparan əsas amillərdən biridir. Qəbələ qazanacağımıza inanırıq və bunun üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu sentyabrın 9-da, saat 21:00-da başlayacaq.

Xəbər xətti