"Dnepr"in baş məşqçisi: "Qarabağ"a gəlincə, bu komanda da sürpriz etməyə qadirdi"

14:12 - 5 Sentyabr 2014

"Bizi maraqlı oyunlar gözləyir"
 
Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki rəqiblərindən danışıb.
 
Sportal.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"İnter" kimi komandalarla oynamaq həm xoşdu, həm də pristijlidi. Eyni sözləri Fransa "Sent-Etyenn"i haqda da deyə bilərəm. Bu komanda zəngin tarixi ərzində beynəlxalq arenada bir çox uğurlara imza atıb, Çempionlar Kubokunun finalında oynayıb. "Qarabağ"a gəlincə, bu komanda da sürpriz etməyə qadirdi. Azərbaycan təmsilçisi əvvəlki mərhələdə Hollandiya "Tvente"sini mübarizədən kənarlaşdırıb. Razılaşaq ki, hollandlara qalib gəlmək elə də asan deyildi. Bir sözlə, "Dnepr"i maraqlı oyunlar gözləyir".

Xəbər xətti