Millimizin oyununda "casus"lar da yer alacaq
Rəqib komandaların nümayəndələri millimizin oyununu izləyəcəklər.
Sportal.az xəbər verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-u saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan oyununu millimizin mübarizə apardığı H qrupundakı digər komandaların da nümayəndələri izləyəcəklər.
Xorvatiyadan Andrey Panadiç və Boris Kubla, Norveçdən Petter Rudi, İtaliyadan isə Marko Skarpa sentyabrın 9-da "Bakcell Arena"da olacaqlar.
saytlarin hazirlanmasi