Rövnəq Abdullayev: "Bu, həm federasiyalara, həm də klublara maddi dəstəkdir"

00:02 - 6 Sentyabr 2014

Azərbaycan milli komandasının Fan Shop-unun açılış mərasimi keçirilib
 
Park Bulvar Alış-Veriş Mərkəzində Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan milli komandasının Fan Shop-unun açılış mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, açılış mərasimində, həmçinin, Azərbaycan futbolunun əfsanəvi nümayəndəsi Anatoli Banişevskinin eksklüziv futbolkasının (SSRİ yığmasının replika maykası) təqdimatı və satışı təşkil olunub.

AFFA rəhbərliyinin, Bakcell şirkətinin nümayəndələrinin, futbol veteranlarının, Anatoli Banişevskinin ailə üzvlərinin, futbol ictimaiyyətinin və media mənsublarının iştirak etdiyi tədbirin sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlama verib:

"Forma satışının təşkili təkcə milli komandada yox, klublarda da həyata keçirilməlidir. Bu, futbolun kommersiyalaşması baxımından vacibdir. Forma və atributların satışa çıxarılması həm federasiyalara, həm də klublarla maddi dəstəkdir. Eyni zamanda, futbolun bir reklamıdır. Dünyanın müxtəlif klubları bu strategiyanı uğurla həyata keçirirlər. Həm millimiz, həm də AFFA üçün fan-şopun açılması mühüm hadisədir. Gələcəkdə Bakının müxtəlif yerlərində fan-şopların açılması nəzərdə tutulub".

Xəbər xətti