"Monako"ya baha başa gələn boşanma !

15:52 - 6 Sentyabr 2014

Klub sahibinə ağır zərbə

Fransanın “Monako” klubunda “yarpaq tökümü” davam edir.

 

Sportal.az xəbər verir ki, Radamel Falkao və Xames Rodriges kimi aparıcı futbol ulduzlarının komandanı tərk etdilər. Falkaonun “Mançester Yunayted”ə, Rodrigesin “Real”a transferi Fransa təmsilçisinə xeyir verdi. 

 

Hər halda 80 milyonluq borcu olan “Monako” klubu iki futbolçunun transferindən əldə etdiyi gəlirlə vəziyyətini bir qədər düzəltdi. Ancaq borcları azalmaqla klubun başı üzərindən qara buludlar çəkilməyib. “Monako”nun rusiyalı sahibi Dmitriy Rıbolovlevin ailə həyatında baş verən qalmaqal klubdan da yan keçməyib. Yelena Rıbolovlev həyat yoldaşından boşanaraq məhkəmənin qərarı ilə ondan 4,5 milyard dollar təzminat əldə edib. Bu boşanmanın ardından rusiyalı işadamı “Monako”ya pul xərclənmə siyasətinə son qoyub.

Xəbər xətti