"Qəbələ" 2016-cı ilin ilk matçında heç-heçə etdi VİDEO
00:19 - 17 Yanvar 2016
Əyalət təmsilçisi üstünlüyü sona qədər qoruya bilmədi
2015-2016 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, “Gloria”nın məşq meydançasında keçirilən "Qəbələ” – “Osnabryuk” matçında hesabı Azərbaycan təmsilçisi açıb. Amma matçın sonlarında Almaniya klubu hesabı bərabərləşdirməyi bacarıb və matç sülhlə başa çatıb.