MOİK "Neftçala" ilə heç-heçə etdi YENİLƏNİB

14:57 - 21 Yanvar 2016

"CBC Sport kuboku"

 

Mövsümün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən klubların iştirakı ilə  keçirilən "CBC Sport kuboku"nda IV tura start verilib.

 

Sportal.az xəbər verir ki, turun ilk matçı bu gün baş tutub. Turnirdə hələki qələbə qazana bilməyən MOİK və "Neftçala" klubları üz-üzə gəlib. Birinci Divizion təmsilçilərinin duelində 1:1 hesablı heç-heçə qeydə alınıb.

 

Qeyd edək ki, tura sabah yekun vurulacaq. Günün yeganə matçında “Şərurspor”la “Neftçi” qarşılaşacaq.

 

IV tur

21 yanvar
13:00 MOİK – “Neftçala” 1:1

Qol: Röyal Nəcəfov,78-pen, - Fərmayıl Əliyev,54

"Bayıl Arena"

Xəbər xətti