Sportal.az-ın daha bir xəbəri təsdiqləndi: Çumbinyo "Qarabağ"dan ayrıldı

18:50 - 22 Yanvar 2016

Yunanıstan klubuna keçəcək
 
"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Çumbinyo Ağdam klubu ilə yollarını ayırıb.
 
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu hazırda azad agent statusu daşıyır. Xəbər verdiyimiz kimi, Çumbinyonun Yunanıstan klublarının birindən sərfəli təklif alıb. Amma onun hansı kluba keçəcəyi dəqiq bilinmir.
 
Qeyd edək ki, Çumbinyonun komandadan ayrılacağı haqda ilk xəbəri Sportal.az yazmışdı (http://sportal.az/?goal=news&id=68267)

Xəbər xətti