Mövsümün sonuna qədər...
Daha öncə də xəbər verdiyimiz kimi, müqavilə ilə "Neftçi"yə məxsus olan qolkiper Ruzi Qiyaslı "Qaradağ Lökbatan"a icarəyə verilməli idi. Lakin, "Neftçi" bu qərardan imtina edərək Qiyaslını yenidən əsas komandaya dəvət etmişdi.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, "CBC Cup"da MOİK-lə keçirilən matçda da forma geyinən Qiyaslı barədə paytaxt klubu yenidən fikrini dəyişib. Belə ki, 21 yaşlı qapıçı mövsümün sonuna qədər "Qaradağ Lökbatan"a icarəyə verilib.
Qeyd edək ki, Ruzi mövsümün ilk yarısını "Ağsu"da keçirib.
saytlarin hazirlanmasi