"Xəzər Lənkəran"dan ayrılan futbolçu "Sumqayıt"da

18:26 - 25 Yanvar 2016

Mövsümün sonunadək müqavilə imzalanacaq.

 

Premyer Liqanın ikinci yarısının hazırlıqlarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Klubdun meneceri Ceyhun Sultanovun Sportal.az-a verilən məlumata görə "kimyaçılar" "Xəzər Lənkəran"dan ayrılan Rasim Ramaldanovu heyətinə qatıb. 30 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanacaq.

 

 

Qeyd edək ki, "Sumayıt" qış fasiləsində Kənan Manafov, Vaqif Cavadov, Eltun Yaqublu, Səlahət Ağayev və Nicat Muxtarovla müqavilə imzalayıb.

Xəbər xətti