Həbsdə olan Mübariz Mənsimovun səhhətində problem

19:11 - 10 Aprel 2020

Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs edilən “Palmali” şirkətlər qrupunun sahibi, “Xəzər Lənkəran”ın sabiq prezidenti Mübariz Mənsimovun səhhətində problem yaranıb.

 

Sportal.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Əliyeva məlumat yayıb.

 

O, qaraciyər böyüməsində görə qərmanlar qəbul edən Mənsimovun yorğun olduğunu və vəkilləri ilə danışmağa çətinlik çəkdiyini qeyd edib.

Xəbər xətti