"Betis" Natan Bernardonu "Napoli"dən transfer edib.
Sportal.az xəbər verir ki, İspaniya klubu 24 yaşlı müdafiəçi ilə tam transfer barədə razılığa gəlib və tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.
"Marca"nın məlumatına görə, transferin məbləği 9 milyon avro olub.
Qeyd edək ki, 2024/25 mövsümündə Natan "Betis"in heyətində bütün turnirlərdə 52 oyun keçirib və 2 qol vurub.
saytlarin hazirlanmasi